Kiyevdə yaşayan azərbaycanlılar 9 oktyabr prezident seçkilərində bir mənalı olaraq prezident ilham Əliyevə dəstək verəcəklər. Bu qərar Ukrayna Azərbaycanliları Konqresinin Kiyev şəhər təşkilatının təşəbbüsü ilə “2013-cü il seçkiləri və Xalqın səsi “ mövzusunda keçirilən forumda qəbul olunub .
Azərbaycanın Ukraynadakı səfirliyinin, diaspora fəallarının, gənclərin və media təşsilçilərinin qatıldığı forumu Kiyev Şəhər Azərbaycanlıarı Konqresinin sədri, tanınmış idman ustası Oleq Krapivin açaraq, Azərbaycanda qarşıdan gələn prezident seçkilərinin dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının diqqət mərkəzində olduğunu vurğulayıb.
Son 20 ildə Azərbaycanın inkişaf edərək dünyanın ən aparıcı ölkələri arasında öz layiqli yerini tutduğunu qeyd edən natiq Kiyev şəhərində yaşayan Azərbaycan vətəndaşlarının ölkəmizi və dövlətimizi xoş və firavan gələcəyə aparan, öz səmərəli fəaliyyəti ilə Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrindən birinə çevirən cənab İlham Əliyevə səs verəcəklərinə əminliyini bildirib .
“Bu gün Azərbaycan sosial, iqtisadi elmi-mədəni inkişaf tempinə görə bölgənin ən aparıcı ölkəsi statusunu əldə edib. Bizim əsas məqsədimiz isə harada yaşamağımızdan asılı olmayaraq, Azərbaycanın etibarlı əllərdə olmasını təmin etməkdir. Bu baxımdan əminəm ki, səsvermə hüququna malik olan hər bir azərbaycanlı ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirərək Azərbaycanı bölgənin lider dövlətinə çevirən İlham Əliyevə səs verməklə öz inamlı gələcəklərinə etimad göstərmiş olacaqlar” – deyə Oleq Krapivin bildirib .
Ukraynada yaşayan hər bir Azərbaycan vətəndaşı öz seçim hüquqlarını Azrbaycanın Ukraynadakı səfirliyində yaradılmış seçki məntəqəsinə gəlməklə ifadə edəcək. Bu baxımdan Azərbaycan Mərkəzi Seçki Komissiyasının təlimatına əsasən artıq Azərbaycan səfirliyində vacib olan tədbirlərin həyata keçirildiyini bildirən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli xalqımızın taleyində mühüm rol oynayacaq 9 oktyabr prezident seçkilərində Ukraynada yaşayan Azərbaycan vətəndaşlarının azad və demokratik yolla ürəkləri istəyən namizədə səs vermələri üçün geniş imkanlar yaradıldığını vurğulayıb.
Qeyd edib ki, Ukraynada yaşayan hər bir Azərbaycan vətəndaşı Azərbaycan səfirliyinə gəlməklə azad və demokratik yolla öz seçimlərini edə biləcəklər .
Forumda Ukraynanın tanınmış ictimai siyasi xadimi Anatoli Raxanski çıxış edərək, sosial iqtisadi inkişaf tempinə görə bölgənin lider dövlətinə çevrilən qüdrətli Azərbaycan respublikasının dünya birliyində tutduğu uğurlu mövqedən danışıb. Qarşıdan gələn prezident seçkilərində Azərbaycan xalqının həmişə olduğu kimi bu dəfədə müdrik seçim edəcəyinə əminliyini vurğulayan Raxanski bu gün Azərbaycanın sosial iqtisati inkişaf tempinə görə dünya ölkələri arasında birinci onluğa daxil olduğunu xatırladaraq, bu uğuru ölkəmizin milli maraqlarına uyğun aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi dəyərləndirib. Qeyd edib ki, Azərbaycan xalqı qarşıdan gələn seçkilərdə yenə də müdriklik nümayiş etdirməklə çiçəklənən Azərbaycanı dünyanın ən qüdrətli dövlətlərindən birnə çeverməyə qərar verəcək.
Sonra foruma qatılanlar parlamentdə Ukrayna Regionlar Partiyasını təmsil edən deputatlardan Anatoli Kinaxın,Vladimir Makienkonun ,Mixail Çeçetovun, Oleq Zarubenskinin Azərbaycanın inkişafı, iki dost ölkə arasında iqtisadi siyasi ,elmi mədəni əlaqələri haqqında söylədikləri video müraciətlə tanış olublar. Real faktlarla Azərbaycan xalqına müraciət edən ukraynalı deputatlar Azərbaycanda qarşıdan gələn prezident seçkilərində müdrik qərar verərək Azərbaycanla Ukrayna dostluğunun möhkəmlənməsində misilsiz xidmətləri olan İlham Əliyevə dəstək verməyin taleyüklü bir məsələ olğunu vurğulayıblar.
Forumda Azərbaycanın iqtisadi baximdan inkişaf edərək bəlgədə lider dövlətə çevrilməsindən fərəh hissi duyduqlarını bildirən soydaşlarımız isə 9 oktyabr prezident seçkilərində ölkəmizi və dövlətimizi sürətli inkişafa doğru aparan ən layiqli namizədə dəstək verəcəklərini vurğulayıblar .
Möhsüm QƏDİROĞLU
Ukrayna
çap et