525.Az

Qazaxıstanda prezident seçkilərində Tokayev qələbə qazandı


 

Qazaxıstanda prezident seçkilərində Tokayev qələbə qazandı<b style="color:red"></b>

Qazaxıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədr müavini Konstantin Petrov deyib. Bildirib ki, prezident Kasım-Comart Tokayev seçkilərdə qələbə qazanıb. O, 70,76 faiz səs toplayıb.

Digər namizədlərdən Daniya Yespayeva 5,2 faiz, Amircan Kosanov 16,2 faiz səs yığıb.

K.C.Tokayev komandasına və etimad göstərdikləri üçün xalqa təşəkkür edib.

İyunun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib.

 





10.06.2019    çap et  çap et