525.Az

Bakıda iki məktəbli itkin düşüb


 

Bakıda iki məktəbli itkin düşüb<b style="color:red"></b>

Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən APA-ya verilən məlumata görə, 2002-ci il təvəllüdlü Murad Babayevin itkin düşməsi barədə babası Bahadur Babayev polisə məlumat verib.
 
Daha bir itkin düşmə faktı Suraxanı rayonunda qeydə alınıb. Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 2000-ci il təvəllüdlü Səkinə Sabir qızı Əbdürrəhmanovanın itkin düşməsi barədə anası polisə xəbər verib.
 
Hər iki faktla bağlı araşdırma aparılır.

 





07.10.2013    çap et  çap et