525.Az

Fransa məhkəməsi daha 4 saxta “sənəd”i ləğv etdi


 

Fransa məhkəməsi daha 4 saxta “sənəd”i ləğv etdi<b style="color:red"></b>

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma rejimin Fransanın ayrı-ayrı şəhər və qəsəbə bələdiyyələri ilə imzaladığı “dostluq xartiyaları” məhkəmə qərarları ilə ləğv edilir.

Fransada fəaliyyət göstərən erməni saytı - “armenews.com” yazır ki, Qrenobl şəhər inzibati məhkəməsi daha 4 belə “sənəd”in ləğv edilməsi barədə qərar qəbul edib.

Bu, cari ilin mayın 29-da Fransanın Serji-Pontuaz inzibati məhkəməsinin qəbul etdiyi birinci qərarın məntiqi davamıdır.

Qeyd edək ki, həmin qərarla Fransanın Arnuvil şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “dostluq xartiyası” ləğv edilib.

 





12.06.2019    çap et  çap et