525.Az

Əli Hüseynlidən yeni yaradılan məhkəmələrlə bağlı iradlara münasibət


 

Əli Hüseynlidən yeni yaradılan məhkəmələrlə bağlı iradlara münasibət <b style="color:red"></b>

“Belə təəssürat yaranmamalıdır ki, vaxtilə yaratdığımız inzibati-iqtisadi məhkəmələrin adı dəyişir”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı bildirib.

Ə.Hüseynli yeni ixtisaslaşmış inzibati və iqtisadi məhkəmələrin yaradılmasının nəzərdə tutulduğunu söyləyib:

“Hər yerli, həm də əcnəbilər üçün ədalətli məhkəmə mexanizminin yaradılmasını nəzərdə tuturuq. Harada dövlət-vətəndaş, dövlət-sahibkar arasında mübahisə var, inzibati məhkəmə, sahibkarlıqla bağlı məsələlərə kommersiya məhkəməsi baxacaq. Kommersiya məhkəməsinin adı da yerindədir. İkinci oxunuşa qədər bu məsələləri bir daha müzakirə edəcəyik”.

 





13.06.2019    çap et  çap et