525.Az

“Azərbaycanı parçalanma təhlükəsi ilə üz-üzə qoyanlar ölkəmizə böhtan atır”


 

“Azərbaycanı parçalanma təhlükəsi ilə üz-üzə qoyanlar ölkəmizə böhtan atır”<b style="color:red"></b>

“Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəni xaosa, anarxiyaya sürükləyən, parçalanma təhlükəsi ilə üz-üzə qoyanlar bu gün ölkəmizə böhtanlar atmaqla, reallıqları təhrif etməklə Azərbaycanın gənc vətəndaşlarında təsəvvür yaratmağa çalışırlar”.

Bunu baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

O bildirib ki, Azərbaycanın hansı məşəqqətlərdən keçərək bu günə gəlib çıxdığı heç vaxt unudulmayacaq:

“Hər bir inkişaf Azərbaycanda mərhələlərlə gedir. İnsanların həyatı əhəmiyyətli dərəcədə dəyişir.

Eyni zamanda, biz bundan sonra da böyük bir inkişafın astanasında dayanmışıq. İnsanların həyatının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev bu il müxtəlif sərəncamlar imzalayıb. Azərbaycan hökumətinin gündəliyində də insanların həyatının yaxşılaşdırılması durur”.

 





13.06.2019    çap et  çap et