525.Az

TÜRK PA-nın baş katibi: "Mehriban Əliyeva gender bərabərliyi hərəkatının ön sıralarındadır"


 

TÜRK PA-nın baş katibi: "Mehriban Əliyeva gender bərabərliyi hərəkatının ön sıralarındadır"<b style="color:red"></b>

“Son illərdə Macarıstan və Özbəkistan nümayəndə heyətlərinin Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) plenar iclaslarında iştirakı bizi sevindirir”.

APA-nın xəbərinə görə, bunu TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov Bakıda Azərbaycan Milli Məclisi ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, türk dilli xalqlar daima qadınlara əvəzolunmaz varlıq kimi yanaşıb:

“Türkdilli xalqların həyatında qadınlar kişilərlə bərabər ailədə söz sahibi olub, dövlət idarəçiliyində layiqincə təmsil olunublar. Düz 101 il əvvəl Azərbaycan Şərqdə qadınlara səsvermə hüququ verən ilk ölkə olub. Bu gün isə Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva gender bərabərliyi hərəkatının ön sıralarındadır. Mehriban Əliyeva bu sahədə çoxşaxəli fəaliyyəti ilə diqqət çəkir”.

TÜRKPA-nın Baş katibinin sözlərinə görə, gender bərabərliyi sahəsində türk dilli ölkələrinin qanunvericiliyi sahəsində fikir mübadiləsi aparılmalıdır.

A.Mamayusupov qeyd edib ki, qadınlar hələ də zorakılığın müxtəlif növlərinə məruz qalmaqdadır.

 





14.06.2019    çap et  çap et