Hilton Otelində Qafqaz universitetinin də iştirak etdiyi “Azərbaycan xaricdə təhsil” sərgisi keçirilib. Sərgiyə dəvət olunan Türkiyənin Qazi və Hitit universitetlərinin nümayəndələri Qafqaz universitetini ziyarət edib. Qonaqları qarşılayan universitetin prorektoru Natiq Paşa ali təhsil ocağı haqda ətraflı məlumat verib.
Qazi universitetinin professoru Mehmet Bulut Azərbaycana gəlməklərinin faydalı olduğunu, ölkəmizdə və Qafqaz universitetində olan inkişafdan məmnun qaldığını ifadə edib. Xüsusən universitetin labarotoriyalarının sayəsində dünya universitetləri ilə rəqabət aparacaq gücdə olduğunu vürğulayıb.
Qeyd edək ki, Hitit universitetinin professoru, Mevlana deyişim proqramının kordinatoru Abdurrahman Asanın Azərbaycana ilk gəlişidir. O, Azərbaycana gəlişi ilə bağlı təəssüratlarınl bölüşüb: “Dünyanın bir cox ölkəsinə səfər etmişəm. Bu coğrafiyada isə Qazaxstanda olmuşam. Amma bura daha doğmadır. Azərbaycanı – insanlarını, Bakı şəhərini və Qafqaz universitetini daha çox bəyəndim”.
çap et