525.Az

Səhiyyə Nazirliyi özəl klinikalarda araşdırmalar aparacaq


 

Səhiyyə Nazirliyi özəl klinikalarda araşdırmalar aparacaq<b style="color:red"></b> Özəl klinikalarda baş verən xoşa gəlməz hadisələrlə bağlı mütləq Səhiyyə Nazirliyi tərəfindən araşdırmalar aparılacaq”.
 
Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, özəl klinikalarda baş verən hadisələr hər zaman SN-nin nəzarətindədir: “Nazirlik tərəfindən özəl klinikalarda həkim səhvindən baş vermiş xoşagəlməz hallarla yanaşı, digər amillər-klinikalarda işlərin düz qurulması, müalicə prosesinin düzgün aparılması da araşdırılır”.
 
Nazirliyin mətbuat xidmətinin rəhbəri Azərbaycanda son vaxtlar baş vermiş ana-uşaq ölümlərinə də münasibət bildirib: “Ana-uşaq ölümü ilə bağlı aparılan araşdırmalar uzun vaxt tələb edir. Ona görə də bununla bağlı nəticələri tez bir zamanda açıqlamaq mümkün deyil”.
 





07.10.2013    çap et  çap et