525.Az

Yaxın 4 ildə Azərbaycanda orta aylıq əmək haqqı 41% artacaq


 

Yaxın 4 ildə Azərbaycanda orta aylıq əmək haqqı 41% artacaq<b style="color:red"></b>

Azərbaycanda orta aylıq əmək haqqının həcmi 2017-ci ilədək 618 manata çatacaq.

«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə İqtisadi İnkişaf Nazirliyinin proqnozlarında göstərilir.
 
Eyni zamanda, 2013-cü ilin yekunlarına görə, orta aylıq əmək haqqının həcmi 439 manat səviyyəsində gözlənilir və beləliklə, yaxın 4 ildə bu göstəricinin 40,8% artacağı proqnozlaşdırılır.
 
Qeyd edək ki, İİN-in proqnozlarına görə, 2014-cü ildə orta aylıq əmək haqqı 479 manat, 2015-ci ildə 520 manat, 2016-cı ildə isə 566 manat təşkil edəcək.

 





08.10.2013    çap et  çap et