Oktyabrın 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimal olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun səhər 12-15, gündüz 15-18, axşam 12-14 dərəcə isti olacağı gözlənilir.
Oktyabrın 9-da Azərbaycanın rayonlarında hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, yalnız gecə və səhər Lənkəran-Astara zonasında az yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 7-12 dərəcə, gündüz 15-20 dərəcə, dağlarda gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.
çap et