525.Az

Quba-Xınalıq yolunda dağ uçqunu baş verib


 

Quba-Xınalıq yolunda dağ uçqunu baş verib<b style="color:red"></b>

Ötən gün Quba-Xınalıq yolunda dağ uçqunu baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yolun 36-cı km-də qaya parçalarının dağdan qoparaq yola yuvarlanması nəticəsində yol bağlanıb. Quba 6 saylı Yol İstismar İdarəsinin rəisi Aydəmir Manafovun APA-ya verdiyi məlumata görə, 50 və 80 tonluq iki böyük qaya parçası yolun 36-cı kilometrliyinə düşərək hərəkəti məhdudlaşdırıb.
 
Əraziyə cəlb olunan texnikanın köməkliyi ilə yolda hərəkət bərpa olunub.
 

 





08.10.2013    çap et  çap et