525.Az

Azərbaycan Superkuboku Naxçıvanda


 

Azərbaycan Superkuboku Naxçıvanda<b style="color:red"></b>

Azərbaycan Superkubokunun keçirilmə yeri və vaxtı müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, həlledici görüşdə son Azərbaycan çempionu "Neftçi" və ölkə kubokunun finalçısı "Xəzər Lənkəran" klubları üz-üzə gələcək.

Oktyabrın 23-nə nəzərdə tutulan Superkubok matçı ilk dəfə olaraq Naxçıvanda keçiriləcək.

Qeyd edək ki, bu günə qədər cəmi 3 Superkubok matçı keçirilib ki, bunların da ikisində "Neftçi", birində isə "Qarabağ" qalib gəlib.

 





08.10.2013    çap et  çap et