525.Az

Kapitanı azərbaycanlı olan Kamboca gəmisi saxlanılıb


 

Kapitanı azərbaycanlı olan Kamboca gəmisi saxlanılıb<b style="color:red"></b>

Gürcüstan sərhədçiləri kapitanı azərbaycanlı olan Kamboca bayrağı altında üzən gəmini saxlayıblar.

Gürcüstan Sərhəd Polisindən Trend-ə verilən məlumata görə, "VOLGOBALT- 227" gəmisi Poti limanı akvatoriyasında dənizi çirkləndirdiyinə görə saxlanılıb.

Azərbaycan vətəndaşı olan gəmi kapitanı (kapitanın adı bildirilmir) inzibatı məsuliyyətə cəlb edilib.

Poti məhkəməsi onun 922 min lari (1 dollar = 1,66 lari) cərimə və ekoloji mühitə vurduğu zərərə görə 922 lari ödəməsi haqqında qərar qəbul edilib. Cərimənin ödənilməsindən sonra gəmi həbsdən azad ediləcək.

 





08.10.2013    çap et  çap et