525.Az

Tbilisidə etiraz aksiyalarının bu gün də davam etməsi gözlənilir


 

Tbilisidə etiraz aksiyalarının bu gün də davam etməsi gözlənilir<b style="color:red"></b>

Tbilisidə etiraz aksiyalarının bu gün də davam etməsi gözlənilir.

APA-nın yerli bürosu xəbər verir ki, müxalif  “Vahid Milli Hərəkat” partiyasının lideri Qriqol Vaşadze bu gün saat 19:00-da nümayişçilərin yenidən parlament binasının yerləşdiyi əraziyə toplaşacağını açıqlayıb.

Hazırda parlament binasının qarşısında vəziyyət stabildir. Binanın önündə polis əməkdaşları dayanıb.

Qeyd edək ki, ötən gün Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən  26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub. Etiraz aksiyasında Parlamentin sədri İrakli Kobaxidzenin, Daxili İşlər naziri Giorgi Qaxariyanın istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsi tələb olunub.

 





21.06.2019    çap et  çap et