525.Az

Ərdoğan FOX TV-nin aparıcısını qeyri-obyektivlikdə ittiham etdi


 

Ərdoğan FOX TV-nin aparıcısını qeyri-obyektivlikdə ittiham etdi <b style="color:red"></b>

Ərdoğan Binəli Yıldırımla Əkrəm İmamoğlunun teledebatını dəyərləndirib: “Ədalətli yarışma olmadı” “Açığı, mən bu yayını bəyənmədim. Diqqətlə izlədim. Canlı yayın boyunca iki namizədin arasında vaxt bölgüsü düzgün aparılmadı. Moderatorun tərəfkeşliyi diqqətlərdən qaçmadı. Ən son olaraq biz Tramp və Hillari Klinton teledabatını nümunə götürüb, belə bir yarışma olmasını istərdik. Amma təəssüf ki, adil bir yarışma olmadı”.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Bələdiyyə sədrliyi seçkilərinə 3 gün qalmış teleaparıcıların suallarını cavablandırıb və keçən həftə İstanbul bələdiyyə sadrliyinə AKP-nin (Ədalət və Qalxınma Partiyası) namizədi Binəli Yıldırımla Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu arasındakı teledebatı dəyərləndirib.

Türkiyə pezidenti ortaq yayın öncəsi debatın moderatoru FOX TV-nin aparıcısı İsmayıl Küçükkaya ilə Əkrəm İmamoğlunun bir oteldə canlı olaraq görüşməsinə də fikir bildirib. Deyib ki, debatöncəsi onların canlı görüşü də teleyarışmanın obyektiv olmadığını sübut edir.

 





21.06.2019    çap et  çap et