525.Az

Nazir müavini: "11 özəl ali təhsil müəssisəsində 18 min tələbə təhsil alır"


 

Nazir müavini: "11 özəl ali təhsil müəssisəsində 18 min tələbə təhsil alır"<b style="color:red"></b>

"Ölkədə fəaliyyət göstərən 11 özəl ali təhsil müəssisəsində 18 min nəfər tələbə təhsil alır".

APA-nın xəbərinə görə, bunu "Təhsilin biznesi sektoru forumu - mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən konfransda Təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

O bildirib ki, ölkədə 4 özəl orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir və həmin müəssisələrdə 4 min tələbə təhsil alır.

Nazir müavini cəmi bir özəl peşə məktəbinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, özəl təhsil müəssisələrinin yaradılması prosesi sürətlənəcək.

F.Qurbanov qeyd edib ki, son dövrlər məktəbəqədər təhsil pilləsində özəl sektorun inkişafına xüsusi diqqət yetirilir:

"Son 5 ildə özəl məktəbəqədər təhsil müəssisələrinin sayı əhəmiyyətli dərəcədə artıb. Yəni, 5 il bundan öncə məktəbqədər təhsil müəssisələrinin sayı 41 idisə, hazırda onların sayı 144-dür".

 





21.06.2019    çap et  çap et