525.Az

Fizika üzrə Nobel mükafatının sahibləri açıqlanıb


 

Fizika üzrə Nobel mükafatının sahibləri açıqlanıb<b style="color:red"></b> 2013-cü ilin fizika üzrə Nobel mükafatı britaniyalı fizik Peter Higgs və belçikalı Fransua Englerə verilib. APA-nın məlumatına görə, alimlər “Elementar zərrəciklərin kütləvi mənşəyi anlayışını təmin edən mexanizmin nəzəri kəşfinə görə” bu mükafata layiq görülüblər.
 
F. Engler 1932-ci ildə anadan olub. Brüssel Azad Universitetində elmi tədqiqat aparıb. 
 
P. Higgs 1929-cu ildə anadan olub, London Kral Cəmiyyətinin üzvü, Edinburq Universitetinin professorudur.
 
Nobel mükafatının təntənəli təqdimat mərasimi dekabrın 10-da Stokholmda keçiriləcək.
 





08.10.2013    çap et  çap et