Gənc Tamaşaçılar Teatrının böyük səhnəsində "TƏK" (Teatr Ədəbiyyat Kino)" Yaradıcılıq Platformasının ilk tamaşası - "İt ürəyi" nümayiş olunub.
Mixail Bulqakovun eyniadlı povesti əsasında qurulmuş tamaşanın müəllifi rejissor Asiman Ağa Rövşən, Platformanın bədii rəhbəri teatrşünas Dağlar Yusifdir.
Tamaşada aktyorlar - Əməkdar artistlər Qasım Nağı, Ayşad Məmmədov, aktyorlar Vüsal Murtuzəliyev, Günay Əhməd, Asiman Ağayev, Nurlan Süleymanlı, Etibar Abdullayev, Rəfiqə Məmmədova və Tunar Əlizadə çıxış ediblər.