UNESCO-nun "Mədəni irsin mühafizəsi" proqramının gənc nümayəndələri Elmi Bərpa Mərkəzində olublar.
AZƏRTAC xəbər verir ki, qonaqlar gün ərzində mərkəzin bərpaçı-rəssamları ilə geniş təcrübə mübadiləsi aparıb və bərpaçılıq sahəsində tətbiq edilən yeniliklər haqqında öz fikirlərini bölüşüblər.