525.Az

42 şəhərin baş planı təsdiq edilib


 

42 şəhərin baş planı təsdiq edilib<b style="color:red"></b>

“Azərbaycanda 42 şəhərin baş planı təsdiq edilib”.

Bunu APA-ya açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib.

Onun sözlərinə görə, Baş planları təsdiq olunma mərhələsində olan şəhərlərin sayı 3-dür:

“Bunlar Ağcabədi, Biləsuvar və Göyçay şəhərləridir”.

S. Nuriyev qeyd edib ki, Baş planları icra prosesində olan şəhərlərin sayı 7-dir:

“Bakı, Daşkəsən, Kürdəmir, Saatlı, Sabirabad, Şabran və Tərtər Baş planları icra prosesində olan şəhərlərdir”.

 





25.06.2019    çap et  çap et