https://525.az/img/pics/medium/2023-12/296612_wcds461sdv.jpg Yerli "Dostoyevski"lərimiz
https://525.az/img/pics/medium/2024-04/311080_ol9pr75s8v.jpg “525-ci qəzet”in 24 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/302979_eyl9q05g7v.jpg Kəlbəcərə Zəfər qarı yağdı...
https://525.az/img/pics/medium/2024-04/311032_cdfea1wv7s.jpg Yerdə ulduz olmaq nəyimə lazım
search
24 Aprel 2024
23 Aprel 2024

Zerrinin qayınatasından oğlu ilə bağlı dəhşətli faktlar

Zerrinin qayınatasından oğlu ilə bağlı dəhşətli faktlar

61 yaşlı türk müğənnisi Zerrin Özər ötən bazar 34 yaşlı Murat Akıncı adlı şəxslə evlənmişdi.

Axşam.az xəbər verir ki, toydan cəmi 36 saat sonra fırıldaqçılıqda ittiham edilən ərindən boşanma qərarı alan müğənni anidən qərar dəyişdirərək müxbirlərə "Murada güvənirəm. Boşanmayacağam" deyə, açıqlama vermişdi.

Muradın atası canlı yayıma bağlanaraq oğlu ilə bağlı dəhşətli faktların üstünü açıb.

O, oğlunu və anasının fırıldaqçı olduğunu, varlıları tələyə saldığını bildirib:

"İlk arvadının bütün zinət əşyalarını oğurlayıb. O adam sərvət ovçusudur. Pulu olan hər kəslə əlaqə qurur, imkanlı qadın və ya kişi fərq etmir. Onu övladlıqdan çıxarmışam. Oğlumun bu cür böyüməsində günahkar anasıdır. Mənə maraqlıdır, Zerrin xanım bu saxtakarı çox axtarıb? Normal kişi özündən 27 yaş böyük qadınla evlənməz. Muradın onun evinə girməsi, Zerrin xanımın bitməsi deməkdir".

Buna cavab olaraq isə müğənni "Mən cavabımı aldım. Şokdayam. Kədərli deyiləm, əsəbiyəm. Aldadılmaq dəhşətli şeydir. Hər qadın səhv edə bilər. Səhv etmək ayrı, axmaq olmaq ayrı. Axmaq deyiləm. Mənə atasının öldüyünü demişdi" - deyə, o bildirib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.