525.Az

Deputatların pensiyası artacaq


 

Deputatların pensiyası artacaq<b style="color:red"></b>

Millət vəkili Fəzail Ağamalı büdcədəki artımların deputatların pensiyalarına da şamil olunması təklifi ilə çıxış edib.

APA-nın məlumatına görə, F. Ağamalı bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib ki, bir neçə keçmiş deputat artımların onların pensiyalarına da şamil olunması barədə müraciət edib, deputat bu məsələyə baxılmasını istəyib.

MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə büdcədəki artımların deputatların pensiyalarına da şamil olunacağını nəzərə çatdırıb:

"Deputatların və dövlət qulluqçularının əmək haqqında olan fərq təqaüddə olan deputatların və dövlət qulluqçularının pensiyasında da əksini tapacaq. Fəzail Ağamalının qaldırdığı məsələ nəzərə alınıb. Büdcədə dəyişiklik nəticəsində bu məsələ də artıq həllini tapacaq".

 





27.06.2019    çap et  çap et