525.Az

Milli Məclisin sabaha planlaşdırılan iclası keçirilməyəcək


 

Milli Məclisin sabaha planlaşdırılan iclası keçirilməyəcək<b style="color:red"></b>

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində iyulun 28-ə nəzərdə tutulan iclası keçirilməyəcək.

APA-nın məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov bu gün növbədənkənar sessiya çərçivəsində bu gün keçirilən iclasda bildirib ki, gündəliyə daxil edilmiş 49 məsələ bu gün parlamentin iclasında müzakirə və qəbul edilərsə, sabaha planlaşdırılan iclas keçirilməyəcək.

Millət vəkilləri bu gün keçirilən iclasda 49 qanun layihəsini  müzakirə edərək qəbul ediblər.

 





27.06.2019    çap et  çap et