525.Az

Güclü külək və yağış Qubanın dağlıq ərazilərinə ziyan vurub


 

Güclü külək və yağış Qubanın dağlıq ərazilərinə ziyan vurub<b style="color:red"></b>

Ötən gün axşam saatlarında Qubanın dağlıq ərazilərinə güclü yağış yağıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yağıntı əsasən rayonun Qonaqkənd, Xaltan və Söhüb kəndləri ərazisinə düşüb.

Güclü selin gətirdiyi axıntı nəticəsində kəndarası yollar bağlanıb. Quba Fövqəladə Hallar Komissiyasından APA-nın yerli bürosuna verilən məlumata görə, güclü yağış fərdi təsərrüfatlara ziyan vurub. Həmçinin ötən gün axşam saatlarında Quba-Xınalıq yolu müvəqqəti bağlanıb.

 





28.06.2019    çap et  çap et