525.Az

Azərbaycanda yeni sığorta tarifləri hazırlanır


 

Azərbaycanda yeni sığorta tarifləri hazırlanır<b style="color:red"></b>

"Sığortaçılar da razılaşar ki, sığorta növləri üzrə mövcud olan tariflər günün tələbinə cavab vermir".

“APA-Ecoomics”in məlumatına görə, bunu bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) İdarə Heyətinin sədr vəzifəsini icra edən İbrahim Alışov "Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar" mövzusunda keçirilən 9-cu Beynəlxalq Sığorta Forumunda bildirib.

Onun sözlərinə görə, artıq biz iqtisadi inkişafın müəyyən mərhələsini keçmişik: "Ona görə də tariflərin hesablanmasında yeni yanaşma lazımdır. Biz bu istiqamətdə Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birlikdə müvafiq addımlar atırıq. Bu, bizim üçün çox əhəmiyyətlidir".

 





28.06.2019    çap et  çap et