525.Az

Gürcüstan konstitusiyasına düzəlişlər ediləcək


 

Gürcüstan konstitusiyasına düzəlişlər ediləcək<b style="color:red"></b>

Gürcüstanın dövlət konstitusiyasına proporsional seçki sistemi ilə bağlı düzəlişlər ediləcək.

"Report"un yerli bürosu xəbər verir ki, düzəlişlərin nəzərdə tutulduğu layihəni hakim Gürcü Arzusu Partiyasının rəhbərlik etdiyi parlament çoxluğu hazırlayıb.

Qanun layihəsinin bu gün parlamentə təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, qonşu ölkədə 2024-cü ildən proporsional seçki sisteminə keçid nəzərdə tutulurdu. Lakin Tbilisidə etiraz aksiyalarının bir tələbi 2020-ci ildə parlament seçkilərinin proporsional qaydada keçirilməsi olub. Hakim Gürcü Arzusu Partiyasının qərarı ilə bu tələb yerinə yetirilib.

 





28.06.2019    çap et  çap et