525.Az

İran ABŞ-dan BMT-nin Təhlükəsizlik Şurasına şikayət etdi


 

İran ABŞ-dan BMT-nin Təhlükəsizlik Şurasına şikayət etdi<b style="color:red"></b>

İran ABŞ-dan BMT-nin Təhlükəsizlik Şurasına şikayət edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər nazirinin hüquq məsələləri üzrə müavini Qulamhüseyn Dehqani deyib.

O bildirib ki, şikayət ABŞ-ın kəşfiyyat təyyarəsinin İran səmasını pozmasına görə edilib. Şikayət məktubunda qeyd edilib ki, bu kimi addımlar təkrarlanarsa İran öz su və hava sərhədlərini qoruyacaq: “İran hər bir təcavüzə qarşı mübarizə haqqına sahibdir”.

Qulamhüseyn Dehqani həmçinin ABŞ tərəfinin iddialarına da cavab verib: “ABŞ iddia edir ki, təyyarə İran sərhədinə girməyib. Bu iddia əsassızdır. Pilotsuz təyyarə vurulduqdan sonra İran ərazisinə düşüb”.

 





28.06.2019    çap et  çap et