525.Az

Qaxaria: "Gürcüstan Qavrilovun bir daha ölkəyə gəlməsinə icazə verməyəcək"


 

Qaxaria: "Gürcüstan Qavrilovun bir daha ölkəyə gəlməsinə icazə verməyəcək"<b style="color:red"></b>

“Parlamentlərarası Pravoslav Assambleyasının prezidenti, Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilov bir daha Gürcüstanı ziyarət etmək qərarına gəlsə, Gürcüstan hökuməti onu ölkəyə buraxmayacaq”.

APA-nın xəbərinə görə, bunu Gürcüstanın daxil işlər naziri Giorgi Qaxaria brifinq zamanı bildirib.

Qeyd edək ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub.

Nəticədə Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze istefa verib.

 





28.06.2019    çap et  çap et