525.Az

Azərbaycan UNESKO-nun Dünya İrs Komitəsində mühüm ölkələrdən biridir


 

Azərbaycan UNESKO-nun Dünya İrs Komitəsində mühüm ölkələrdən biridir<b style="color:red"></b>

Azərbaycan UNESKO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasını yüksək səviyyədə təşkil edib.

Bunu Trend-ə sessiyada iştirak edən meksikalı qonaq Fransisko Vidraqes deyib.

F.Vidraqes qeyd edib ki, Azərbaycan UNESKO-nun Dünya İrs Komitəsində mühüm ölkələrdən biridir: "Sessiya zamanı irs məsələləri ilə bağlı səmərəli müzakirələr aparılır. Azərbaycan bu tədbirə ev sahibliyi etməklə dünyada irsin qorunması məsələsinə mühüm töhfə vermiş olur".

Azərbaycanda birinci dəfə olduğunu deyən qonaq ölkəni çox bəyəndiyini bildirib: “Sizin ölkə çox gözəldir və insanlar da çox qonaqpərvərdir”.

 





01.07.2019    çap et  çap et