525.Az

Azər Cəfərov: “Hakimlərin əmək haqlarının artırılması ilə bağlı addımlar atılır”


 

Azər Cəfərov: “Hakimlərin əmək haqlarının artırılması ilə bağlı addımlar atılır”<b style="color:red"></b>

Ədliyyə nazirinin müavini Azər Cəfərov Azərbaycanda məhkəmə hakimlərinin daha yüksək əmək haqqı alması ilə bağlı təkliflərə münasibət bildirib.

APA-nın xəbərinə görə, A. Cəfərov bildirib ki, "Məhkəmələr və hakimlər haqqında" Qanuna təklif edilən dəyişikliyə əsasən, hakimlərin əmək haqları müəyyən qədər artırılır.

O qeyd edib ki, Azərbaycan hökuməti hakimlərin əmək haqlarının artırılması ilə bağlı mütəmadi addımlar atır: “Əlbəttə ki, bu, imkandan asılı olan məsələdir. Yəni ölkənin iqtisadiyyatı inkişaf etdikcə, belə məsələlərə baxılacaq”.

 





02.07.2019    çap et  çap et