525.Az

Soçidə Azərbaycan, Rusiya və İran dövlət başçılarının görüşü keçiriləcək


 

Soçidə Azərbaycan, Rusiya və İran dövlət başçılarının görüşü keçiriləcək<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhani avqustun 14-ü Rusiyada görüşəcəklər.

APA-nın İnterfaks-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının vitse-spikeri İlyas Umaxanov İran İslam məclisinin sədr müavini Məsud Pezeşkiyan ilə görüşü zamanı deyib.

İ. Umaxanov bildirib ki, dövlət başçılarının görüşü Soçidə baş tutacaq.

 

 





02.07.2019    çap et  çap et