525.Az

Əli Əhmədov: “Azərbaycan dayanıqlı inkişafa nail olunması sahəsində ciddi işlər görür”


 

Əli Əhmədov: “Azərbaycan dayanıqlı inkişafa nail olunması sahəsində ciddi işlər görür”<b style="color:red"></b>

Azərbaycan 2030-u ilə qədər dünyamızın transformasiyası layihəsi çərçivəsində dayanıqlı inkişafa nail olunması sahəsində ciddi işlər görür.

APA-nın məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib. O bildirib ki, bu yaxınlarda Azərbaycan 14 ölkə arasında özünün ikinci milli hesabatını təqdim edəcək: “İnkişaf statistik göstəricilər olmadan mümkün deyil. Statistika, göstəricilər nə qədər dəqiq olarlarsa, birincisi, qarşıya qoyulan məqsədlər daha aydın olar, ikincisi isə, bu məqsədlərə çatmaq uğrunda resursları səfərbər etmək, müəyyənləşdirmək asan olar”.

Baş nazirin müavininin fikrincə, BMT-nin tələblərindən biri bundan ibarətdir ki, davamlı inkişaf, dayanıqlı inkişaf məqsədlərinə doğru irəliləyişin çox aydın statistik göstəricilərlə ifadəsi olmalıdır. Əks halda bu inkişafın nədən ibarət olduğunu aydın təsəvvür etmək mümkün deyil.
 

 





02.07.2019    çap et  çap et