525.Az

İran Ticarət Palatasının sədri Bakıya gəlib


 

İran Ticarət Palatasının sədri Bakıya gəlib<b style="color:red"></b>

İran Ticarət Palatasının sədri və İran Parlamentinin Proqram və Büdcə Komissiyasının rəhbərliyi altında İran İslam Respublikasının İslami Şura Məclisinin 5 nəfərdən ibarət heyəti bu gün Bakıya gəlib.

İranın Azərbaycandakı Səfirliyindən “APA-Economics”in verilən məlumata görə, bu heyət iyulun 3-də Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevlə görüşəcək, daha sonra isə Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər edəcək.

İranın nümayəndə heyəti iyulun 3-də həmçinin Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavini Ziyafət Əsgərov tərəfindən verilən nahar qonaqlığında da iştirak edəcək.

 





02.07.2019    çap et  çap et