525.Az

Azərbaycanla növbəti görüşün keçirilməsi istiqamətində intensiv danışıqlar aparılır


 

Azərbaycanla növbəti görüşün keçirilməsi istiqamətində intensiv danışıqlar aparılır<b style="color:red"></b>

Azərbaycan tərəfi ilə sərhədlərin delimitasiyası üzrə İşçi qrupun növbəti görüşünün keçirilməsini istiqamətində intensiv danışıqlar aparılır.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilib.

Bəyanatda bildirilib ki, bu sahədə təşkilati və texniki məsələlərin həlli istiqamətində zəruri tədbirlər görülür: “Sərhədlərin delimitasiyası və demarkasiyası beynəlxalq təcrübə əsasında tərəflər arasında əlaqələndirilmiş işi nəzərdə tutur. Həm subyektiv, həm də təşkilati və texniki məsələlər ikitərəfli komissiya çərçivəsində həll olunur".

Gürcüstan XİN mətbuat orqanlarını və sosial şəbəkələrdə aktiv vətəndaşları prosesə zərər verə biləcək təsdiqlənməmiş və əsassız açıqlamalar yaymaqdan çəkinməyə çağırıb.

 





02.07.2019    çap et  çap et