525.Az

Azərbaycan Müdafiə Nazirliyi Rusiyaya başsağlığı verib


 

Azərbaycan Müdafiə Nazirliyi Rusiyaya başsağlığı verib<b style="color:red"></b>

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı verib.

APA-nın xəbərinə görə, başsağlığında deyilir: “Rusiya Hərbi Dəniz Donanmasının elmi-tədqiqat dərin sualtı gəmisində 14 sualtı-dənizçinin faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı.
Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.

 





03.07.2019    çap et  çap et