525.Az

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb


 

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb<b style="color:red"></b> Oktyabrın 9-da saat 22 radələrində Bakı şəhərinin Səbail rayonu ərazisində sərnişin avtobusu qəzaya düşüb.

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Salyan yolu küçəsində 5 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu ilə “VAZ” markalı minik avtomobili toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib və 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
 
Hadisə ilə bağlı araşdırma aparılır.
 





10.10.2013    çap et  çap et