525.Az

Azərbaycan türkiyəli iş adamını beynəlxalq axtarışa verdi


 

Azərbaycan türkiyəli iş adamını beynəlxalq axtarışa verdi<b style="color:red"></b>

Azərbaycanın hüquq-mühafizə orqanları daha bir türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.

APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
 
Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 57 yaşlı Müzəffər Kuşdil dələduzluqda ittiham olunur. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib.
 
APA-nın əldə etdiyi məlumata gör, Müzəffər Kuşdil Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
 
Qeyd edək ki, bu il Azərbaycan hüquq-mühafizə orqanları daha bir neçə türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.
 
Onlar dələduzluq və vergidən yayınmada ittiham olunurlar.

 





10.10.2013    çap et  çap et