525.Az

“Təcili yardımda çalışan həkimlərin mühafizəsi gücləndirilməlidir”


 

“Təcili yardımda çalışan həkimlərin mühafizəsi gücləndirilməlidir”<b style="color:red"></b>

“Tibb işçilərinin hüquq və vəzifələri əmək müqaviləsi ilə tənzimlənir. Əmək Məcəlləsində də bütün işçilərin hüquqları, vəzifələri və mükəlləfiyyətləri müəyyən edilib”.

Bunu APA-ya Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

O bildirib ki, təcili yardım və reanimasiya şöbəsində çalışan həkimlərin mühafizəsinin müəyyən qədər gücləndirilməsinə ehtiyac var: “Xüsusən də kənd rayonlarında təcili yardım işçilərinə haqsız iradlar bildirilir, onlar təhqir olunur. Hesab edirəm ki, Cinayət Məcəlləsində dövlət orqanlarında, polisə qarşı zorakılığa görə hansı tədbirlər nəzərdə tutulursa, həmin tədbirlər təcili tibbi yardımda işləyənlərə də tətbiq olunmalıdır. Bu, başqa ölkələrin, o cümlədən Rusiyanın təcrübəsində var”.

 





03.07.2019    çap et  çap et