525.Az

MM-in növbədənkənar xüsusi sessiyasının növbəti plenar iclasının gündəliyi müəyyənləşib


 

MM-in növbədənkənar xüsusi sessiyasının növbəti plenar iclasının gündəliyi müəyyənləşib<b style="color:red"></b>

Milli Məclisin növbədənkənar xüsusi sessiyasının növbəti plenar iclasının gündəliyi müəyyənləşib.

APA-nın xəbərinə görə, iyulun 9-da keçiriləcək plenar iclasın gündəliyinə 38 məsələ daxildir.

Bunlar “2019-cu il Dövlət büdcəsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət satınalmaları haqqında”, “Əmək pensiyaları haqqında”, “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında”, “Aqrar sığorta haqqında” qanun, həmçinin Vergi, Əmək, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələri və s.-dir.

Xatırladaq ki, Milli Məclisin növbədənkənar xüsusi sessiyasının plenar iclasları iyunun 13-ü, 14-ü və 27-i keçirilib.

 





03.07.2019    çap et  çap et