525.Az

Azərbaycanın ABŞ-dakı səfirliyində səsvermə başa çatıb


 

Azərbaycanın ABŞ-dakı səfirliyində səsvermə başa çatıb<b style="color:red"></b> Azərbaycanın ABŞ-dakı səfirliyində səsvermə prosesi başa çatıb. APA-nın məlumatına görə, ABŞ-da yaşayan Azərbaycan vətəndaşları səfirlikdə  Seçki Məcəlləsinin 35.6-cı maddəsinə uyğun olaraq yaradılmış 15 saylı Yasamal birinci Seçki Dairəsi üzrə 38 saylı seçki məntəqəsində səs veriblər. Burada ABŞ-da daimi yaşayan 118 Azərbaycan vətəndaşı qeydiyyatdan keçib.
 
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda da seçki məntəqəsi yaradılıb və səsvermə keçirilib.
 





10.10.2013    çap et  çap et