525.Az

“Gürcüstan Patriarxlığı Azərbaycanla sərhədin delimitasiyası üzrə aparılan işləri diqqətlə izləyir”


 

“Gürcüstan Patriarxlığı Azərbaycanla sərhədin delimitasiyası üzrə aparılan işləri diqqətlə izləyir”<b style="color:red"></b>

“Gürcüstan Patriarxlığı Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası üzrə aparılan işləri diqqətlə izləyir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığının protopresviteri (baş keşiş-red.) Giorgi Zviadadzebildirib.

Onun sözlərinə görə, Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı Gürcüstan Xarici İşlər Nazirliyi olduqca qaneedici informasiyalar yayır: “Mən hazırda bu məsələ ilə bağlı hər hansı bir bəyanat verə bilmərəm. Belə ki, məsələyə birbaşa cəlb olunmamışam”.

G.Zviadadze qeyd edib ki, Gürcüstan Patriarxlığının Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı bəyanat verəcəyi nəzərdə tutulub.

 

 





03.07.2019    çap et  çap et