525.Az

Bakıya yeni hərbi prokuror təyin edilib


 

Bakıya yeni hərbi prokuror təyin edilib<b style="color:red"></b>

Bakıya yeni hərbi prokuror təyin edilib.

"Report"un məlumatına görə, bununla bağlı Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovniki Rzayev İlyas Ramiz oğlu Bakı şəhərinin hərbi prokuroru vəzifəsinə təyin olunub.

Bundan əvvəl o, Hərbi Prokurorluğunun Silahlı Qüvvələrin Təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsində qulluq keçib.

Faktı Hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev təsdiq edib.

 





04.07.2019    çap et  çap et