525.Az

İndoneziya parlamentinin nümayəndə heyəti Azərbaycana gələcək


 

İndoneziya parlamentinin nümayəndə heyəti Azərbaycana gələcək<b style="color:red"></b>

İndoneziya parlamentinin nümayəndə heyəti iyulun 13-də Azərbaycana gələcək.

APA-nın İndoneziya səfirliyinə istinadən verdiyi xəbərə görə, nümayəndə heyətinə İndoneziyanın Nümayəndələr Palatası Şurasının Fəxri Məhkəməsinin sədr müavini Tubagus Soenmandjaja rəhbərlik edəcək.

Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycan Milli Məclisində bir sıra görüşləri nəzərdə tutulur.

Səfər iyulun 16-dək davam edəcək.

 





04.07.2019    çap et  çap et