525.Az

Tsereteli: “Qarabağ münaqişəsi sülhə doğru irəliləyişin təmin edilməsi üçün siyasi iradə tələb edir”


 

Tsereteli: “Qarabağ münaqişəsi sülhə doğru irəliləyişin təmin edilməsi üçün siyasi iradə tələb edir”<b style="color:red"></b>

“Dağlıq Qarabağ münaqişəsi sülhə doğru irəliləyişin təmin edilməsi üçün daha çox siyasi iradə tələb edir”.
APA-nın xəbərinə görə, bunu ATƏT Parlament Assambleyasının (PA) Lüksemburqda keçirilən illik sessiyasında çıxışı zamanı ATƏT PA-nın sədri Giorgi Tsereteli bildirib.

“Münaqişələri həll etmədən biz proqresə nail ola bilmərik. Münaqişələr və müharibələr iqtisadi və ətraf mühit üçün fəlakətə səbəb olur”, - deyə G. Tsereteli vurğulayıb.

 Qeyd edək ki, bu gün ATƏT PA-nın 28-ci illik sessiyası öz işinə başlayıb. Sessiya iyulun 8-dək davam edəcək.

 





04.07.2019    çap et  çap et