525.Az

Azay Quliyev ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri seçilib


 

Azay Quliyev ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri seçilib<b style="color:red"></b>

ATƏT Parlament Assambleyasının (PA) 28-ci illik sessiyası çərçivəsində keçirilən İpək Yoluna Dəstək Qrupunun 6-cı iclasında Azay Quliyev yenidən qrupun sədri seçilib.

APA-nın xəbərinə görə, bu barədə A. Quliyev rəsmi “Twitter” səhifəsində bildirib.

Filippo Lombardi və Stefana Miladinoviç isə İpək Yoluna Dəstək Qrupunun sədr müavinləri seçiliblər.

Məlumata görə, görüşdə həmçinin İpək Yoluna Dəstək Qrupunun gələcək fəaliyyəti və tədbirləri müzakirə edilib.

 





04.07.2019    çap et  çap et