525.Az

Milli Kommunikasiya Komissiyası “Rustavi 2” ilə bağlı bəyanat yaydı


 

Milli Kommunikasiya Komissiyası “Rustavi 2” ilə bağlı bəyanat yaydı <b style="color:red"></b>

Gürcüstanın Milli Kommunikasiya Komissiyası “Rustavi 2” telekanalında səsləndirilən fikirləri qınayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, qurum telekanalın aparıcısı Giorgi  Qabunianın Rusiya prezidenti Vladimir Putini təhqir etməsinin mətbuat və fikir azadlığı ilə əlaqəsi olmadığını bəyan edib.

“Biz düşünürük ki, “Rustavi 2” telekanalında gördüklərimizin fikir və mətbuat azadlığı ilə heç bir əlaqəsi yoxdur və bu cür ifadələr qeyri-etikdir. Nifrət çağırışları və təxribat xarakterli bəyanatlar ölkəmizə və vətəndaşlarımıza təhlükə yaradır” – qurumun bəyanatında bildirilib.

Qeyd edək ki, ötən gecə “Rustavi 2” telekanalının aparıcısı G. Qabunia aparıcısı olduğu verilişdə Rusiya prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra telekanalın binasının qarşısında etiraz aksiyası keçirilib və yayımının dayandırılması tələb edilib. Aksiya səbəbi ilə baş direktor Nika Qvaramia yayımının dayandırıldığını bəyan edib. Bu gün səhər saat 07:30-də telekanal yayımını bərpa edib.

 





08.07.2019    çap et  çap et