525.Az

Yunanıstanın yeni baş naziri and içdi


 

Yunanıstanın yeni baş naziri and içdi <b style="color:red"></b>

Yunanıstanın “Yeni Demokratiya” Partiyasının lideri Kiriakos Misotakis baş nazir qismində and içib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, andiçmə mərasimi prezident sarayında Yunanıstan prezidenti Prokopis Pavlopulosun iştirakı ilə baş tutub.

Qeyd edək ki, iyulun 7-də Yunanıstanda keçirilən növbədənkənar parlament seçkilərində K. Misotakisin partiyası 300 yerlik parlamentdə 158 yer qazanıb və parlamenti formalaşdırmaq üçün mandat əldə edib.

Axşam hökumətin tərkibinin elan edilməsi gözlənilir. 

 





08.07.2019    çap et  çap et