525.Az

İranda zəlzələdə xəsarət alanların sayı 104 nəfərə çatıb


 

İranda zəlzələdə xəsarət alanların sayı 104 nəfərə çatıb<b style="color:red"></b>

İranın Xuzestan əyalətində ötən gün səhər baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 104 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Xuzestan əyalətinin Təcili Tibbi Yardım Mərkəzinin sədri Məhəmmədəmin Zərgər deyib. Onun sözlərinə görə, xəsarət alan şəxslərin müalicəsi davam edir.

Qeyd edək ki, iyulun 8-də Xuzestan əyalətinin Məscid Süleyman bölgəsində 4,1 gücündə zəlzələ baş verib. İlkin məlumatlarda zəlzələ nəticəsində 2 nəfərin öldüyü, 64 nəfərin xəsarət aldığı bildirilirdi.

 





09.07.2019    çap et  çap et