525.Az

Elmar Məmmədyarov Pakistan Senatının komitə sədrini qəbul edib


 

Elmar Məmmədyarov Pakistan Senatının komitə sədrini qəbul edib<b style="color:red"></b> Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Pakistan Senatının üzvü, Senatın müdafiə və müdafiə sənayesi komitəsinin sədri Müşahid Hüseynin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, görüşdə Pakistan nümayəndə heyəti başçısı ölkəmizdə keçirilən prezident seçkiləri ilə bağlı heç bir problemlə qarşılaşmadıqlarını, yaradılmış şərait və bütünlüklə prosesdən razı qaldıqlarını diqqətə çatdırıb.
 
Görüşdə zamanı Azərbaycan ilə Pakistan arasında münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub. Elmar Məmmədyarov Azərbaycanın BMT Təhlükəsizlik Şurasında sədrliyi dövründə fəaliyyəti haqqında  məlumat verib.
 





10.10.2013    çap et  çap et